Bank Of Baku

Azərbaycan Milli Bankı kompüter avadanlığı və proqram təminatı ilə bağlı tender keçirir

Azərbaycan Milli Bankı kompüter avadanlığı və proqram təminatı ilə bağlı tender keçirir
# 19 mart 2009 11:08 (UTC +04:00)
Bakı. Aynur – Vəliyeva – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) kompüter, server, şəbəkə avadanlığı və proqram təminatlarının təchizatı üzrə tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata əsasən, iddiaçıların təklifləri bu ilin iyunun 22-dək qüvvədə olmalıdır. Təklif edilən avadanlıq Avropa İttifaqının sertifikatlarına malik olmalıdır.
Tenderdə iştirak haqqı 150 manatdır. Tender sənədlərini aprelin 27-dək almaq olar, təkliflərin qəbulu isə mayın 5-dək davam edəcək. Tender prosedurası mayın 6-da keçiriləcək.
Əlaqə: (+994 12) 4931122 (507); (+994 12) 4938341; [email protected].
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR