Bank Of Baku

«Azercell» abonentləri Gürcüstanda da «Roamcell» xidmətindən istifadə edə biləcək

«Azercell» abonentləri Gürcüstanda da «Roamcell» xidmətindən istifadə edə biləcək
# 19 mart 2009 11:43 (UTC +04:00)
Bakı. Aynur – Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin abonentləri artıq Gürcüstanda da öz nömrələrindən istifadə edə biləcəklər.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, hazırda «Azercell» şirkəti 17 ölkədə 23 mobil şəbəkə operatoru ilə «Camel» xidmətinə qoşulub. Qeyd edək ki, bu gönə kimi «Azercell»in fakturasız xətt abonentləri Türkiyə, Ukrayna, Rusiya, BƏƏ, Moldova, İsrail, Özbəkistan, Belçika, Litva, Pakistan, İtaliya, Belarus, Əfqanıstan, Bolqarıstan, Qırğızıstan və Qazaxıstanda rouminq xidmətindən yararlanıb.
«RoamCELL» xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq kifayətdir.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR