Bank Of Baku

«Uninet» şirkəti «Freedom» tarif planında dəyişikliklər edib

«Uninet» şirkəti «Freedom» tarif planında dəyişikliklər edib
# 19 mart 2009 12:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Uninet» şirkəti «Freedom» tarif planında dəyişikliklər həyata keçirib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, «Uninet» bununla yanaşı istifadəçilər üçün yeni «Extra Freedom» tarif planını tətbiq edib.
Yeni tarif planına uyğun olaraq, şirkətin müştəriləri 55 manat ödəyərək 768 Kbit/s sürətlə İnternetə qoşulma imkanı əldə edirlər.
Qeyd edək ki, şirkət aprelin 1-dək müvəqqəti olaraq «Freedom» və «Home» tarif planları kateqoriyası üzrə carı paketin daha aşağı qiymət paketinə dəyişdirilməsini dayandırıb.
Hazırda «Light Freedom» tarif paketi üzrə İnternetə 1024 Kbit/s sürətlə qoşulma imkanı 70 manata, «Standart Freedom» paketi üzrə 1536 Kbit/s – 130 manata, «Medium Freedom» paketi üzrə 2048 Kbit/s - 220 manata, «Profi Freedom» üzrə 3072 Kbit/s - 320 manata, «Turbo Freedom» üzrə 4096 Kbit/s - 680 manata, «Optima Freedom» üzrə 5120 Kbit/s - 1200 manata, «Lux Freedom» 6144 Kbit/s - 1800 manata, «MegaLux Freedom» üzrə 7680 Kbit/s - 2600 manata başa gəlir.
Xatırladaq ki, «Uninet» şirkəti 2003-cü ildən fəaliyyət göstərir və şirkət və təşkilatlara tam spektrli İnternet xidmətləri, o cümlədən kommutə edilən və ayrılmış xətlər vasitəsi ilə İnternetə qoşulma, elektron poçt, hostinq, saytların hazırlanması, elektron kommersiya və İnternetdə reklam xidmətləri təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR