Bank Of Baku

«Azərpoçt» bayram günlərində fasiləsiz işləyəcək

«Azərpoçt» bayram günlərində fasiləsiz işləyəcək
# 19 mart 2009 13:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi İstehsalat Birliyi Novruz bayramı ərəfəsində Xızı rayonunun Giləzi kəndində bir, Neftçala rayon mərkəzində isə iki yeni poçt şöbəsini istifadəyə verəcək.
«Azərpoçt» İB-dən «APA-Economics»ə verilən məlumata əsasən, qeyri-iş günlərinə baxmayaraq, «Azərpoçt» Dövlət Müəssisəsinin tabeliyində olan poçt şöbələri növbəli iş rejimində işləyərək əhaliyə bütün növ poçt rabitəsi xidmətləri göstərəcək. Vətəndaşlar, heç bir narahatlıq olmadan, bütün poçt xidmətlərindən istifadə edə, o cümlədən məktub, bağlama, pul və s. göndərə, müxtəlif kommunal xidmətlər haqqını ödəyə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR