Bank Of Baku

«Scania» avtomobil şirkəti Azərbaycanda satış şəbəkəsini genişləndirəcək

«Scania» avtomobil şirkəti Azərbaycanda satış şəbəkəsini genişləndirəcək
# 19 mart 2009 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycanın «ADO-G» Şirkətlər Qrupu timsalında nümayəndəlik açan İsveçin «Scania CV Aktiebolag» avtomobil şirkəti Azərbaycan regionlarında da nümayəndəlik aça bilər. Bu barədə «APA-Economics»ə «Scania»nın françayzinq və birbaşa satış üzrə icraçı vitse-prezidenti Martin Lundşten məlumat verib.
M.Lundştenin sözlərinə görə, hazırda «Scania» Azərbaycan bazarına daxilolma mərhələsindədir və gələcəkdə ölkənin digər regionlarında da nümayəndəlik açmaq niyyətindədir: «Biz gələcəkdə satış həcmindən asılı olaraq, Azərbaycandakı fəaliyyətimizi genişləndirmək niyyətindəyik».
Xatırladaq ki, «Scania» şirkəti 1891-ci ildən fəaliyyət göstərir. Şirkət əsasən yük avtomobilləri, avtobus, sənaye və dəniz mühərrikləri, hərbi maşınlar, yanğınsöndürmə maşınları və digər texnikanın istehsalı ilə məşğuldur. Hazırda şirkətin dünya üzrə 1 000-dən artıq satış mərkəzi və 1 500-ə yaxın xidmət mərkəzi fəaliyyət göstərir. «Scania»nın 2008-ci ildə dövriyyəsi 8,133 mlrd. avro, xalis ümumi mənfəəti 813 mln. avro təşkil edib. Hazırda şirkətdə 3,5 min nəfər işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR