Bank Of Baku

Almatıdan Bakıya yeni aviareys açılıb

Almatıdan Bakıya yeni aviareys açılıb
# 29 mart 2009 09:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Qazaxıstanın «Air Astana» aviaşirkəti Almatı-Bakı-Almatı marşrutu ilə ilk uçuşu yerinə yetirir. «Air Astana» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bu gün saat 06:30-da sərnişin təyyarəsi Almatıdan havaya qalxıb və saat 09:15-də Bakıda enib: «Bakıdan Almatıya isə təyyarə saat 10:15-də uçub və layner Almatıda 14:20-də enəcək».
Şirkətdən bildirilib ki, uçuşlar hər həftənin çərşənbə və bazar günləri «Airbus A320» avialayneri ilə yerinə yetiriləcək. Şirkət Bakıdan uçan sərnişinlərə həmçinin Seul, Pekin, Banqkok və Dehliyə reyslər təklif edir. Biznes-klasla uçan sərnişinlər üçün iki tərəfə biletin qiyməti 749 manat, ekonom-klass sərnişinləri üçün isə 466 manat təşkil edir.
Qeyd edək ki, hazırda Azərbaycanın «Imair» aviaşirkəti də Bakı-Almatı-Bakı marşrutu ilə sərnişin aviareysləri yerinə yetirir. Şirkət uçuşları hər həftənin III günü saat 09:30-da və VI günü saat 10:45-də həyata keçirir. Lakin «Imair» Almatıdan Bakıya qayıdarkən həftənin III günü tranzitlə Astana şəhərindən, VI günü isə Bakı-Almatı-Bakı aviareysini tranzitlə Daşkənddən (Özbəkistan) yerinə yetirir. Bu reysə bir biletin qiyməti 458 manat (Bakı-Almatı-Bakı) və 239 manat (Bakı-Almatı) təşkil edir. Uçuşlar «Tu-154» avialayneri ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR