Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 8% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 8% artıb
# 29 mart 2009 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə fiziki şəxslərin – fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla 12,4 mln. ton yük, 163,8 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 8%, sərnişindaşımanın həcmi isə 7,4% artıb. Sərnişinlərin 96,9%-i avtobus, 3,1%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9%, sərnişin dövriyyəsi isə 9,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR