Bank Of Baku

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yanvarda yükdaşımanın həcmi 11% azalıb

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yanvarda yükdaşımanın həcmi 11% azalıb
# 29 mart 2009 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 3,2 mln. ton yük, 15,7 mln. nəfər sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ötən ilin yanvar ayı ilə müqayisədə TRACECA-nın Azərbaycan ərazisi ilə yükdaşımanın həcmi 11,1% azalıb, sərnişin daşınmasının həcmi isə 5,3% artıb. Dəhliz üzrə yük daşınmasında dəmir yolu nəqliyyatı 44,5%, avtomobil nəqliyyatı 37,5%, dəniz nəqliyyatı 18% paya malik olub, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 24,1%-ni təşkil edib.
Dəhliz üzərində həyata keçirilmiş daşımalardan 2009-cu ilin yanvar ayında 18,1 mln. manat gəlir əldə edilib və dəmir yolu nəqliyyatında 26,4% azalma, dəniz nəqliyyatında 47,9% və avtomobil nəqliyyatında isə 12,2% artım müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR