Bank Of Baku

«Azərpoçt» nizamnaməsində dəyişikliklər edir

«Azərpoçt» nizamnaməsində dəyişikliklər edir
# 29 mart 2009 13:48 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi «Poçt haqqında» qanunda baş vermiş əlavələrlə bağlı nizamnaməsində müvafiq dəyişikliklər həyata keçirir.
RİTN-in poçt şöbəsindən « APA-Economics»ə verilən məlumata görə, bu proseslə yanaşı DM bank xidmətlərinin göstərilməsi üçün lisenziyanın alınması istiqamətində iş aparır. Belə ki, bu ilin II rübündə «Azərpoçt» tərəfindən bank xidmətlərinin göstərilməsi üçün Milli Bankdan lisenziyanın alınacağı gözlənilir.
Bununla yanaşı, birinci yarımilliyin sonuna kimi «Azərpoçt» artıq maliyyə xidmətləri, o cümlədən bank hesablarının açılması və pul köçürmələrinin həyata keçirilməsi üzrə xidmətlər göstərməyə başlayacaq.
Qeyd edək ki, «Azərpoçt»un 2009-2011-ci illəri əhatə edən fəaliyyət strategiyasının əsas istiqamətləri yeni maliyyə-bank xidmətlərinin tətbiqi və ümumiyyətlə, müəssisənin rentabelliyinin artırılmasından ibarətdir.
RİTN mütəxəssislərinin sözlərinə görə, müəssisə artıq 2010-cu ildə mənfəətlə işləməyə başlayacaq, 2011-ci ildən isə illik mənfəətin 20%-dək artacağı gözlənilir. Bu da poçt müəssisələrinin bank-maliyyə lisenziyası aldıqdan sonra müstəqil şəkildə beynəlxalq pul köçürmələri sistemlərinə qoşulmasına imkan verəcək, bu da pul köçürmələri xidmətlərinin göstərilməsindən daxil olan gəlirin banklarla paylaşmaq məcburiyyətini aradan qaldıracaq.
Bununla yanaşı, «Azərpoçt»un potensialının artırılması layihəsi çərçivəsində müəssisənin infrastrukturunun inkişafı nəticəsində fərdi resurslarından istifadə edərək məsrəfləri azaltmaq və mənfəəti artırmaq imkanı əldə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR