Bank Of Baku

Azərbaycan dəmir yolunda yükdaşıma ilin əvvəlindən 29% azalıb

Azərbaycan dəmir yolunda yükdaşıma ilin əvvəlindən 29% azalıb
# 29 mart 2009 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yükdaşımanın həcmi 2008-ci ilin analoji dövrü ilə müqayisədə 28,5% azalaraq 3 mln. ton təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə orta hesabla sutka ərzində yüklənmiş vaqonların sayı 24,6%, boşaldılmış yük vaqonlarının sayı isə 30,4% azalıb. Vaqonların orta sutkalıq yüklənməsi dəmir yolunun Şimal istiqaməti üzrə 18,5%, Qərb istiqaməti üzrə 38,5%, Cənub istiqaməti üzrə isə 52,1% azalma ilə müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR