Bank Of Baku

Azərbaycanın dəniz nəqliyyatında yükdaşımanın həcmi ilin əvvəlindən 15% artıb

Azərbaycanın dəniz nəqliyyatında yükdaşımanın həcmi ilin əvvəlindən 15% artıb
# 30 mart 2009 09:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 15,4% artaraq 1,9 mln. ton təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 73,5%-ni neft yükləri, 26,5%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.
Bundan başqa, cari ilin yanvar-fevral ayları ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 769,5 min ton yükləmə-boşaltma işləri yerinə yetirilib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu işlərin həcmi 17,3% azalıb. Cari ilin martın 1-i vəziyyətinə limanda göndərilmək üçün 3,5 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,2% az idxal yüklərin qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR