Bank Of Baku

Azərbaycanla Qətər arasında İKT, telekommunikasiya və poçt sahəsində əməkdaşlığa dair saziş imzalanacaq

Azərbaycanla Qətər arasında İKT, telekommunikasiya və poçt sahəsində əməkdaşlığa dair saziş imzalanacaq
# 30 mart 2009 09:43 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanla Qətər arasında İKT, telekommunikasiya və poçt sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması ilə bağlı danışıqlar aparılır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu yaxınlarda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətərin ölkəmizdə yeni təyin olunmuş səfiri şeyx Mübarək bin Fəhd Cəsum Əl-Səni ilə görüşü zamanı qonaq İKT, telekommunikasiya və poçt sahəsinə böyük maraq göstərib. Azərbaycanda İKT-nin sürətli inkişafını diqqətlə izlədiklərini qeyd edən səfir rabitə və informasiya texnologiyaları sahəsində daha geniş əməkdaşlıq etməyin vacibliyini və bu əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli ola biləcəyinə inandığını qeyd edib, Qətərin müvafiq sahəsinə rəhbərlik edən nazirin Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
Azərbaycan tərəfi isə öz növbəsində Qətərin son 10-15 il ərzində yüksək templərlə inkişaf edən ölkə olduğuna görə, onun təcrübəsi ilə tanış olmaq və potensial kimi bunda maraqlıdır. Hazırda nazirlik Qətər tərəfinin İKT, telekommunikasiya və poçt sahəsi üzrə hökumətlərarası saziş layihəsinin hazırlaması və bu dövlətin müvafiq nümayəndə heyətinin həmin sahə ilə daha dəqiq tanışlıq məqsədi ilə Azərbaycana səfərini gözləyir və artıq Xarici İşlər Nazirliyi xətti ilə bunu Qətər tərəfinə bəyan edib.
Bununla yanaşı qeyd olunur ki, Qətər tərəfi Azərbaycanın İKT, telekommunikasiya və poçt sahələrinə investisiya qoymaq niyyətində olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR