Bank Of Baku

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 9,5% artıb

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 9,5% artıb
# 30 mart 2009 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Bakı Metropolitenindən 35,5 mln. sərnişin istifadə edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatı vasitəsi ilə yararlanan sərnişinlərin sayı ötən ilin analoji ayları ilə müqayisədə 9,4% artıb. Bu da sözügedən nəqliyyat vasitəsindən istifadə edən sərnişinlərin sayının əhəmiyyətli dərəcədə artdığını göstərir.
Xatırladaq ki, 2008-ci il ərzində Bakı Metropolitenin hərəkət heyəti genişləndirilib. Belə ki, il ərzində istismar üçün 36 ədəd yeni vaqon alınıb.
Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 21 stansiyası və 1 deposu var. Ötən ilin oktyabr ayında yeni «Nəsimi» stansiyasını istifadəyə verən Bakı Metropoliteni bu il ərzində «Azadlıq» stansiyasını istismara vermək niyyətindədir.
Xatırladaq ki, 2008-ci ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncam imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR