Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi 1,4% azalıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi 1,4% azalıb
# 30 mart 2009 11:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk iki ayında hava nəqliyyatı ilə 167,8 min nəfər və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1,4% az sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 92,9%-i dövlət bölməsinə, 7,1%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
Dövlət bölməsində sərnişin daşımaları 1,5%, qeyri-dövlət bölməsində isə 0,8% azalıb.
Qeyd edək ki, ötən ilin sentyabr-oktyabr aylarında Zaqatala və Lənkəran rayonlarında yeni hava limanları inşa olunaraq istismara verilib. Bununla da ölkədə hava limanlarının sayı 5-ə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR