Bank Of Baku

İstanbulda TRACECA ölkələrinin hüquq məsələləri üzrə ekspertlərinin görüşü keçiriləcək

İstanbulda TRACECA ölkələrinin hüquq məsələləri üzrə ekspertlərinin görüşü keçiriləcək
# 30 mart 2009 11:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 25-də İstanbulda (Türkiyə) TRACECA ölkələrinin hüquq məsələləri üzrə ekspertlərinin görüşü keçiriləcək. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
Görüşdə TRACECA Hökumətlərarası Komissiyasının iyunun 26-27-də Bişkekdə (Qırğızıstan) keçiriləcək VII konfransının gündəliyindəki sənəd layihələri müzakirə olunacaq.
Aprelin 26-27-də isə İstanbulda TRACECA Daimi Katibliyi və milli katiblərin toplantısı keçiriləcək. Toplantıda VII konfransın gündəliyi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Hazırda bu quruma Avropa və Asiyanın 12 dövləti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR