Bank Of Baku

Azərbaycandan daşınan tranzit yükün həcmi 14% azalıb

Azərbaycandan daşınan tranzit yükün həcmi 14% azalıb
# 30 mart 2009 12:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-fevral aylarında Azərbaycana idxal və ixrac olunan yüklərin həcmi 5 875,8 min ton təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 74,05% çoxdur.
Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daşınmış yüklərin 4 796,5 min tonu ixrac, 1 079,3 min tonu isə idxal əməliyyatlarının payına düşüb.
İxrac əməliyyatlarında əsasən dəniz (54,4 min ton), dəmiryolu (526,5 min ton), avtomobil (62,4 min ton), hava (0,4 min ton) və stasionar nəqletmə (boru kəməri) (4151,9 min ton), idxal əməliyyatlarında isə dəniz (20,2 min ton), dəmiryolu (837,7 min ton), avtomobil (208,8 min ton) və hava (3,3 min ton) nəqliyyat vasitələrindən istifadə olunub.
Hesabat dövründə tranzit olaraq Azərbaycan ərazisindən 944,2 min ton yük keçirilib. Tranzit yüklər əsasən İsveçrə (409,6 min ton), Bermuda adaları (111,2 min ton), İtaliya (100,7 min ton), Gürcüstan (99,0 min ton), Türkmənistan (65,1 min ton), Tacikistan (40,7 min ton), İran (39,5 min ton), Rusiya (34,7 min ton) və Türkiyəyə (19,6 min ton) göndərilib. Azərbaycandan daşınan tranzit yükün həcmi 2008-ci ilin müvafiq dövrünə nisbətən 14,4% və ya 155,5 min ton azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR