Bank Of Baku

Avropa bazarına yeni mobil telefon çıxarılıb - FOTOSESSİYA

Avropa bazarına yeni mobil telefon çıxarılıb - <font color=red>FOTOSESSİYA</font>
# 30 mart 2009 12:36 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Lüks sinfinə aid mexaniki saatlar istehsal edən İsveçrənin «Ulysse Nardin» şirkəti «SCI Innovations» şirkəti ilə birlikdə bazara «Chairman» adlı ilk mobil telefonlarını təqdim edib.
«APA-Economics»in məlumatına görə, bir çox bahalı mobil telefonlardan fərqli olaraq, «Chairman»ın texniki xüsusiyyətləri elə də geri qalmır: 2,8 düyümlü sensor ekran, telefonun blokunun açılması üçün barmaq izlərinin tanınması funksiyası, 5 meqapikselli kamera, Wi-Fi, internet və elektron poçtla işləmək üçün əlavələrlə təchiz edilib.
Saatlar kimi «Chairman» telefonu da əl işidir. Bu premium-klass telefon əsas funksiyaları ilə yanaşı aparatı əlavə enerji ilə təmin edə bilən, qurulmuş mexaniki saatla təchiz edilib. «Chairman»da akkumulyatorun passiv enerji doldurulması üçün rotor kinetik sistem quraşdırılıb və korpus yerini dəyişdikcə (trpəndikcə) xüsusi yük elektrik generatorunu hərəkətə gətirir.
«Ulysse Nardin Chairman» məhdudlaşdırılmış tirajla - 1 846 nüsxədə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR