Bank Of Baku

Azərbaycan Qlobal İnformasiya Texnologiyalarının inkişafı və istifadəsi reytinqində mövqeyini yüksəldib

Azərbaycan Qlobal İnformasiya Texnologiyalarının inkişafı və istifadəsi reytinqində mövqeyini yüksəldib
# 30 mart 2009 13:16 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Ümumdünya İqtisadi Forumun sonuncu, III Qlobal İnformasiya Texnologiyalarının inkişafına və istifadəsinə dair hesabatına və reytinqinə əsasən, Azərbaycan 2008-2009-cu illərdə mövqeyini 26 pillə yaxşılaşdıraraq 3,93 balla 60-cı yerə yüksəlib.
«APA-Economics»ın məlumatına görə, nəticədə, Azərbaycan Türkiyə (61-ci yer), Ukrayna (62-ci yer), Rusiya (74-cü yer), Gürcüstan (88-ci yer), Ermənistan (114-cü yer) və digər MDB ölkələrini geridə qoyub. Bununla yanaşı Baltikyanı ölkələr də yaxşı göstəricilər nümayiş etdirib - Estoniya 18-ci, Litva 35-ci, Latviya isə 48-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, hesabat 134 ölkənin göstəriciləri əsasında tərtib olunub. Hesabatda ilk yerləri Danimarka (5,85 bal), İsveç (5,84), ABŞ (5,68), Sinqapur (5,67), İsveçrə (5,65), sonuncu yeri isə Çad (2,44 bal) tutub. Hesabatda iştirak edən ölkələr texniki yeniliklərə həssaslıq, yüksək texnologiyaların yayılması səviyyəsi, ölkənin şəbəkə infrastrukturunun inkişafı, həmçinin fərdi və kommersiya istifadəçilərinin sayı və keyfiyyəti amilləri üzrə qiymətləndirilib.
Bu hesabatla www.weforum.org/pdf/gitr/2009/Rankings.pdf saytında daha ətraflı tanış olmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR