Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyası «Azərbaycan terminləri» portalının yaradılması üzərində iş aparır

Azərbaycan Milli Elmlər Akademiyası «Azərbaycan terminləri» portalının yaradılması üzərində iş aparır
# 30 mart 2009 13:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) «Azərbaycan terminləri» portalının müasir standartlara cavab verən səviyyədə təşkili üzərində iş aparır.
İTİ-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda AMEA-nın Terminologiya Komissiyası ilə birgə institut əməkdaşları tərəfindən portalın yaradılması layihəsi çərçivəsində virtual məkanda azərbaycandilli kontentlərdə (veb-saytlar, e-dərsliklər, e-qəzetlər) yad sözlərin operativ olaraq aşkar edilməsi, kontent sahibləri və ictimaiyyətin bu haqda məlumatlandırılması, statistikanın aparılması, dilin terminoloji tələblərinə əməl edilməsi göstəricilərinə görə reytinqlərin təşkili, terminoloji bazaya daxil ediləcək yeni terminlərin müəyyənləşdirilməsi və s. məqsədlərlə on-layn terminoloji nəzarət sisteminin işlənilməsi, Azərbaycan dilinin təmizliyinin təmin olunması üçün elmi araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR