Bank Of Baku

«Palmali» şirkəti Rusiyadan yeni tanker alıb

«Palmali» şirkəti Rusiyadan yeni tanker alıb
# 30 mart 2009 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Krasnoye Sormovo» gəmiqayırma zavodu 10 ədəd sifariş olunan tankerlərdən sayca altıncısı olan «Yeni Armada» tipli tankeri «Palmali» Şirkətlər Qrupuna təhvil verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təhvil verilmiş tanker kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulub və «Samur River» adını daşıyır. Tankerin uzunluğu 139,95 metr, eni 16,60 metr, bortun hündürlüyü 6 metr, dedveydi 7,5 min ton təşkil edir.
«Palmali» və «Krasnoye Sormovo» arasında imzalanan müqaviləyə əsasən, digər 4 tanker 2009-cu il ərzində sifarişçiyə təhvil veriləcək.
Qeyd edək ki, «Krasnoye Sormovo» zavodu artıq «Kura River», «Araz River», «Nasiba Zeynalova», «Bashir Safaroqlu» və «Vilesh River» tankerlərini «Palmali» şirkətinə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR