Bank Of Baku

Azərbaycan bazarına yeni yüksək sıxlıq sistemi təqdim olunub

Azərbaycan bazarına yeni yüksək sıxlıq sistemi təqdim olunub
# 30 mart 2009 14:39 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. ABŞ-ın «Tyco Electronics/AMP NETCONNECT» şirkətlər alyansı məlumatların işlənməsi mərkəzləri üçün ilk, öncədən quraşdırılmış mis damarlı yüksək sıxlıq sistemi olan «S MRJ21»-i Azərbaycan bazarına təqdim edib.
«APA-Economics»in məlumatına görə, «S MRJ21» sisteminin yeni versiyası ekranlaşdırılmış ifada təqdim edilib və maneələrdən qorunma, kondisiyalaşdırma və işsiz dayanma üzrə tələblərin artmasını təmin etmək məqsədi ilə yaradılıb. Bu sistem təkmilləşdirilmiş elektromaqnit uyğunlaşma imkanına malikdir, bu da məlumatların bütövlükdə saxlanmasını və maneələrdən qorunmanı təmin edir.
Öncədən quraşdırılmış həll olan bu sistem «Gigabit Ethernet» (1000Base-T) kimi yüksəksürətli əlavələr üçün nəzərdə tutulub və sürətli və asan montaj olunur. Sistem TIA / EIA 942 və EN 50173-5 kimi Məlumatların İşlənməsi Mərkəzləri (MİM) üzrə beynəlxalq standartlara tam uyğundur. Sistem 1 Gb/s sürətini tam dəstəkləyir və MİM-də seksiyalı kabelləşmə üçün ən yaxşı həllərdən biridir.
Qeyd edək ki, «Tyco Electronics/AMP NETCONNECT» şirkətlər alyansının Azərbaycandakı distributoru «Marco Computer» şirkətidir. Şirkətin Azərbaycandakı tərəfdaşları rolunda «AZEL», « Bakcell», «Caspel», «Eurodesign», NCS, «N-Link», « SIGMA», «Technikal Services», «Unitech» şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR