Bank Of Baku

AZEL Bakıda «APS by Schneider Electric» şirkəti ilə birgə seminar keçirəcək

AZEL Bakıda «APS by Schneider Electric» şirkəti ilə birgə seminar keçirəcək
# 30 mart 2009 15:18 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azərbaycan Elektronikası» (AZEL) şirkəti aprel ayında ABŞ-ın «APS by Schneider Electric» şirkəti ilə birlikdə Bakıda seminar keçirməyi planlaşdırır. AZEL-in baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, seminar İT avadanlığının elektrik enerjisi cərəyanının dəyişməsindən və dayandırılmasından qorunma texnologiyalarına həsr ediləcək.
Seminar çərçivəsində «APC by Schneider Electric» şirkətinin qabaqcıl mütəxəssislərinin məruzələri təqdim olunacaq. Məruzələr «Məlumatların İşlənməsi Mərkəzinin effektiv əsas üzərində qurulması» və «APC həllərinin icmalı» mövzularında təqdim ediləcək.
Qeyd edək ki, «Schneider Electric» şirkəti elektrik enerjisinin paylanması və sənaye proseslərinin avtomatlaşdırması üzrə dünya liderlərindəndir: şirkətin resursları dünya üzrə yerləşmiş 205 zavod, 106 ölkədə 100 mindən artıq əməkdaşdan ibarətdir. APS-in həlləri ev istifadəçiləri, orta və kiçik biznes, Məlumatların İşlənməsi Mərkəzləri üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR