Bank Of Baku

Çin kompüter casusluğunda ittiham olunur

Çin kompüter casusluğunda ittiham olunur
# 31 mart 2009 07:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Kanadanın «Information Warfare Monitor» tədqiqat şirkəti müxtəlif dövlətlərin rəsmi təşkilatlarının kompüter sistemlərində Çinə aid casus kompüter şəbəkəsi aşkarlayıb.
«APA-Economics»in məlumatına görə, «GhostNet» adlanan bu şəbəkə 103 ölkədə 1295 kompüteri əhatə edir. Bu şəbəkə siyasi partiyalar, rəsmi təşkilatlar və iri şirkətlərin kompüterlərində olan məlumatların yığılması üçün yaradılıb.
Məlumat itkisi Hindistan, İndoneziya, Pakistan, Tailand səfirliklərində müşahidə olunub, həmçinin Banqladeş, Butan, İran və Latviyanın Xarici İşlər nazirlikləri təhlükə altındadır.
«Information Warfare Monitor» şirkətinin rəsmiləri bildiriblər ki, 10 ay ərzində aparılan tədqiqatın nəticələri casus proqramlarının Çində yerləşən əsas kompüterlərdən idarə olunduğunu müəyyənləşdirib. Elektron casusluğa Çin hökumətinin aidiyyəti hələ məlum deyil, çünki Kanada şirkət bunu təsdiqləyən dəlillərə malik deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR