Bank Of Baku

«Delta Telekom» və «Alcatel-Lucent» şirkətləri müqavilə imzalayıb

«Delta Telekom» və «Alcatel-Lucent» şirkətləri müqavilə imzalayıb
# 31 mart 2009 13:40 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Azərbaycanın «Delta Telekom» şirkəti ilə Fransanın «Alcatel-Lucent» şirkəti arasında müqavilə imzalanıb.

«APA-Economics»in məlumatına görə, müqavilənin şərtlərinə əsasən, «Alkatel-Lucent» şirkəti «Delta Telekom»un baza şəbəkəsinin İP MPLS protokoluna keçirilməsi, mobil İnternet həlləri üzrə təkliflər, şəbəkə imkanlarının artırılması və istismar dövründə xidmət göstərilməsi üzrə işləri həyata keçirəcək.

«İP MPLS protokoluna keçid «Delta Telekom»a korporativ müştərilərə yüksək keyfiyyətli və etibarlı xidmət göstərməsinə şərait yaradacaq. Bu yaxınlarda təkmilləşdirilən İP MPLS şəbəkəsi gələcəkdə minimal investisiya qoyuluşu ilə müasir xidmətlərin göstərilməsi üçün platforma formalaşdıracaq», - deyə Azərbaycan şirkətindən bildirilib.

Qeyd edək ki, İP MPLS şəbəkəsi İP səslərinin, məlumatların və video informasiyanın konvergensiyalarını dəstəkləməyə imkan verir. Bununla yanaşı, IP MPLS şəbəkəsi «Delta Telekom»a müştərilərə göstərdiyi xidmətlərin tariflərini endirməyə və genişzolaqlı xidmətləri inkişaf etdirməyə şərait yaradacaq. Nəticədə, «Delta Telekom» yüksəksürətli məlumatların, səsin çatdırılması və diapazon imkanlarının genişləndirilməsi imkanı əldə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR