Bank Of Baku

Azərbaycanın mənzil tikintisi sektorunda rentabellik 226% təşkil edib

Azərbaycanın mənzil tikintisi sektorunda rentabellik 226% təşkil edib
# 01 aprel 2009 11:03 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən inşaat şirkətləri tərəfindən aparılan mənzil tikintisi 2009-cu ilin yanvar-fevral aylarında 130,1 min kv. metr təşkil edib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Dövlət Komitəsinin hesablamalarına əsasən, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ölkədə mənzil tikintisi həcmi 37 min kv. metr və yaxud 22,14% azalıb. Ötən ilin müvafiq dövründə 2007-ci ilin yanvar-fevral aylarına nisbətən isə yaşayış binalarının tikintisində 68,1%-lik artım qeydə alınıb. Maraqlıdır ki, son bir ildə mənzil tikintisinə yönəldilən kapital qoyuluşunun həcmi 26,64% azalıb - 47,3 mln. manatdan 34,7 mln. manatadək. Bu zaman, mənzil tikintisinə yatırılan sərmayənin ölkə üzrə əsas kapitala yönəldilən məcmu investisiyaların strukturundakı payı 5,5%-dən 3,1%-ə enib.

Beləliklə, statistik hesablamalara görə, Azərbaycanda hər 1 kv. metrin tikintisinin maya dəyəri 5,77% azalıb - 283,06 manatdan 266,72 manatadək. Bununla belə, əmlak bazarının monitorinqini aparan ictimai qurumlar və məsləhətçi şirkətlərin məlumatlarına əsasən, Bakı şəhəri üzrə satış üçün təklif olunan mənzillərin orta qiyməti martın əvvəlinə hər 1 kv. metrə görə 869 manatadək enib. Nəticədə, mənzil tikintisində ehtimal olunan əlavə dəyərin məbləği 600 manatdan çox, rentabellik isə 225,81% təşkil edib.

Xatırladaq ki, tikinti müəssisələri tərəfindən 2009-cu ilin yanvar-fevral aylarında yerinə yetirilən inşaat işlərinin həcmi əvvəlki ilin göstəricisini 12,2% üstələyərək 400,6 mln. manata çatıb. Görülən işlərin 266,2 mln. manatını (ümumi həcmin 66,5%-i) yeni tikinti, yenidənqurma və genişləndirmə, 81,2 mln. manatını (müvafiq olaraq 20,2%) əsaslı təmir, 24,8 mln. manatını (6,2%) cari təmir, 28,4 mln. manatını (7,1%) isə sair tikinti işləri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR