Bank Of Baku

Sabah Bakıda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək

Sabah Bakıda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək
# 01 aprel 2009 11:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 2-də Bakıda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
S.Məmmədovun sözlərinə görə, iki gün davam edəcək tədbirdə Xəzəryanı dövlətlər arasında multimodal daşımaçılığın inkişafı, tranzit imkanlarının artırılması və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunacaq. İclasda Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İran nəqliyyat nazirlərinin və yüksək vəzifəli rəsmilərinin iştirakı planlaşdırılır.
Qeyd edək ki, tədbirdə iştirak üçün Türkmənistanın dəmir yol nəqliyyatı naziri Dəryaqulu Mühəmmədquliyev naziri artıq Bakıya gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR