Bank Of Baku

Rusiyanın nəqliyyat naziri Azərbaycana gəlir

Rusiyanın nəqliyyat naziri Azərbaycana gəlir
# 01 aprel 2009 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiyanın nəqliyyat naziri İqor Levitinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana gələcək. Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi aprelin 2-də Bakıda keçiriləcək Xəzəryanı ölkələrin nəqliyyat nazirləri konfransında iştirak etməkdir.

Səfər çərçivəsində Azərbaycan və Rusiya nəqliyyat nazirləri arasında ikitərəfli görüşün keçirilməsi planlaşdırılır. Görüşdə ölkələr arasında nəqliyyat sektorunda əməkdaşlığın perspektivləri, multimodal daşımaçılıq, habelə nəqliyyat sektorunda qarşıya çıxan problemlər müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR