Bank Of Baku

«Firefox» Avropanın ən populyar İnternet səyyahıdır

«Firefox» Avropanın ən populyar İnternet səyyahıdır
# 01 aprel 2009 12:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Firefox» Avropanın ən populyar İnternet səyyahı (brauzer) hesab olunur. «StatCounter» analitik şirkətinin 2009-cu ilin I rübü üzrə hazırladığı hesabatda bildirilir ki, «Mozilla Firefox 3» Avropa İnternet istifadəçiləri bazarının 35,09%-ni tutur.

«APA-Economics»in məlumatına əsasən, şirkətin apardığı təhlilin nəticələrinə görə, populyarlığa görə ikinci yeri Avropa bazarının 34,51%-ni əhatə edən «Internet Explorer 7» brauzeri tutur.

«Internet Explorer 6» və «Mozilla Firefox 2» səyyahları isə öz növbələrində Avropa bazarının müvafiq olaraq 11,92% və 3,1%-ni tutur.

«Opera 9.6» brauzerinin payına Avropa bazarının 4,88%-i düşür. «Google Chrome» və «Apple Safari 3.2» səyyahlarının bazar payları müvafiq olaraq 1,57% və 1,4% təşkil edir.

Qeyd edək ki, cari ilin martın 19-da təqdimatı keçirilən «Internet Explorer 8» artıq Avropa brauzer bazarının 2,37%-ni tutub.

«StatCounter» şirkətinin məlumatında həmçinin bildirilir ki, dünyada ən populyar brauzer «Internet Explorer 7»dir. Belə ki, bu səyyahdan İnternet istifadəçilərinin 38,6%-i yararlanır.

Onu da qeyd edək ki, «Mozilla Firefox 3» və «Internet Explorer 6» brauzerlərinin payına dünya brauzer bazarının müvafiq olaraq 25,7% və 21,81%-i düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR