Bank Of Baku

Mobil telefon satışı kəskin azalır

Mobil telefon satışı kəskin azalır
# 01 aprel 2009 13:22 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Cari ilin birinci rübü ərzində Rusiyada mobil telefonların satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% azalıb. «Mobile Research Group»un (MRG) təhlillərinə görə, bazar iştirakçıları bunu mobil «riteyl» bazarında «boz» satıcıların (saxta telefon aparat satıcıları) artması ilə əlaqələndirirlər. Ekspertlərin proqnozlarına əsasən, yaxın bir ya ərzində mobil telefonların satışı üç dəfə azalacaq.
«APA-Economics»in məlumatına görə, mobil telefonların satış həcminin azalması 2008-ci ilin sonundan müşahidə olunur. Belə ki, ötən ilin oktyabrında 2,5 mln. ədəd telefon satılıb ki, bu da sentyabr ayı ilə müqayisədə 15% azdır.
Bu ilin birinci rübündə müşahidə olan satış həcminin düşməsi telefonların qiymətləri və mobil telefon idxalının azalması, həmçinin «repleysment» dövrünün (istifadəçilərin köhnə telefonlarını təzələri ilə əvəzləməsi) artması ilə bağlıdır. Belə ki, əgər əvvəllər istifadəçilər mobil telefonlarını yarım ildə bir dəfə dəyişirdilərsə, hazırda onlar öz büdcələrinə daha qənaətlə yanaşaraq telefonlarını 1,5-2 ildə bir dəfə dəyişir.
Ekspertlərin rəylərinə görə, prosesə kreditlərin sürətlə azalması da təsir edib. Belə ki, əvvəllər istehlak mobil telefon satışı şəbəkəsində kreditlərin həcmi yüz minlərlə hesablanırdısa, hazırda bu göstərici təqribən 100 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR