Bank Of Baku

İnternet fırıldaq vasitəsinə çevrilir

İnternet fırıldaq vasitəsinə çevrilir
# 01 aprel 2009 14:43 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Ötən il ABŞ vətəndaşları müxtəlif İnternet fırıldaqları nəticəsində 265 mln. dollar itiriblər. «APA-Economics»in məlumatına görə, son bir il ərzində bu ölkədə İnternet fırıldaqçılığının sayı əvvəlki illərlə müqayisədə 33% artıb.

Ekspertlərin rəyinə görə, Rusiyada da İnternet fırıldaqçılığı eyni templə inkişaf edir. Lakin burada problemin miqyası daha kiçikdir. Belə Ki, Rusiyada əhali «İnternet-banking» və İnternet vasitəsilə alış-veriş xidmətlərindən aktiv istifadə etmir.

Rusiyada İnternet fırıldaqları arasında daha çox «spam»ın yayılması və akkaunt oğurluğuna rast gəlinir. Belə ki, hazırda Rusiyada əhalin cəmi 2,5%-i kartlarla maliyyə əməliyyatları aparır ki, onlardan da cəmi 2%-i İnternet vasitəsilə alış-verişdən və «mobil banking» xidmətlərindən istifadə edir.

Bazar iştirakçıları hesab edirlər ki, İnternet-casusların aktivliyinin artmasına dünya iqtisadi böhranı səbəb olub.

Ötən il ərzində İnternet fırıldaqları ilə bağlı şikayətlərin 32,9%-i İnternet-mağazalar vasitəsi ilə alınan malların əldə edilməməsinə və ya xidmətlərin ödənilməməsinə aid olub.

Qlobal şəbəkə vasitəsilə ilə həyata keçirilən fırıldaqların 25,5%-i İnternet-hərraclarla bağlıdır. Bank kartları ilə bağlı fırıldaqların payına isə cəmi 9% düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR