Bank Of Baku

Naxçıvanda «Təmiz İstehsalat və Enerji Effektivliyi» mövzusunda seminar keçirilib

Naxçıvanda «Təmiz İstehsalat və  Enerji Effektivliyi» mövzusunda seminar keçirilib
# 02 aprel 2009 08:11 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu—APA. Naxçıvan Muxtar Respublikasında (MR) «Azərbaycan-Norveç Təmiz İstehsalat və Enerji Effektivliyi Proqramı» çərçivəsində seminar keçirilir.
Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, seminarın təşkilində məqsəd sözügedən sahədə dünya təcrübəsinin öyrənilməsi və iqtisadiyyata tətbiqinə nail olunmasıdır.
Tədbirdə regionda fəaliyyət göstərən müəssisələrin rəhbərləri, elm adamları, mühəndis, texnoloq və iqtisadçılar iştirak edib. İki gün davam edən tədbir çərçivəsində Norveçin Elm İşçiləri və Mühəndislər Birliyinin layihə rəhbəri Lars Tiegenin sənayedə təmiz istehsalat və enerji effektivliyi təlim proqramı üzrə məruzəsi dinlənilib, mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb.
Nazirlikdən bildiriblər ki, dünyanın aparıcı ölkələrinin təcrübəsi əsasında hazırlanan proqram vasitəsilə bölgədə mühəndis və iqtisadçılar tərəfindən yeni layihələr hazırlanacaq və onlar yerli müəssisələrdə tətbiq olunacaq. Bütün bunlar muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələri, fərdi, özəl müəssisələrdə enerji effektivliyini və ətraf mühitə təsirinin yüksəldilməsinə imkan verəcək.
Qeyd edək ki, «Azərbaycan-Norveç Təmiz İstehsalat və Enerji Effektivliyi Proqramı» Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı və ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə dövlət proqramlarına uyğunlaşdırılmış şəkildə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR