Bank Of Baku

Azərbaycanda aviasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı hazırlıq kursları keçirilir

Azərbaycanda aviasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı hazırlıq kursları keçirilir
# 02 aprel 2009 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Aviasiya Təhlükəsizlik İdarəsinin təşəbbüsü ilə Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı instruktorların hazırlığı kursları başlayıb. Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəhbəri Məhərrəm Səfərli məlumat verib.
M.Səfərlinin sözlərinə görə, iki həftə davam edəcək kurslar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Regional Tədris Mərkəzinin rəhbərliyi altında keçirilir. Aviasiya Təhlükəsizlik İdarəsinin struktur bölmələrinin 30 nəfərdən çox əməkdaşı sözügedən hazırlıq kurslarını keçərək «Aviasiya Təhlükəsizliyi İnstruktoru» beynəlxalq sertifikatı alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR