Bank Of Baku

İqor Levitin: «Dünya maliyyə böhranı Rusiya ilə Azərbaycan arasında yükdaşımanın həcminə ciddi təsir göstərməyib»

İqor Levitin: «Dünya maliyyə böhranı Rusiya ilə Azərbaycan arasında yükdaşımanın həcminə ciddi təsir göstərməyib»
# 02 aprel 2009 09:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı Rusiya ilə Azərbaycan arasında yükdaşımanın həcminə ciddi təsir göstərməyib. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Rusiyanın nəqliyyat naziri İqor Levitin bildirib.
Nazirin sözlərinə görə, maliyyə böhranı infrastruktura təsir göstərməyib və iki ölkə arasında olan yükdaşımanın həcmi əhəmiyyətli dərəcədə aşağı düşməyib: «Bu da onu göstərir ki, Azərbaycanla Rusiya arasında işgüzar fəallıq həmin səviyyədədir».
İ.Levitin onu da bildirib ki, maliyyə böhranına baxmayaraq, İran-Azərbaycan-Rusiya dəmir yolu xəttinin tikintisi əvvəlki kimi plandadır və bu məsələyə dair tərəflər arasında danışıqlar aparılır: «İran-Azərbaycan-Rusiya marşrutu ilə dəmir yolu xəttinin inşasına dair planlarımız var. Həmin xətt Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin keçməsinin sürətini artıracaq. Bu gün Bakıda bu məsləyə dair tərəflər arasında danışıqlar aparılacaq».
Bundan başqa, İ.Levitin Rusiyanın Azərbaycanla birgə avtomobil nəqliyyatı ilə yükdaşımaların sürətinin artırılmasına dair işlərin davam etdirmək istəyini də qeyd edib: «Hazırda bu sahədə iki ölkə arasında sərhəddə sənədləşdirmədə bir sıra problemlər mövcuddur ki, Rusiya tərəfi bu prosesin sadələşdirilməsini və sənədləşdirməni bir qədər sürətlə həyata keçirilməsini istəyir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR