Bank Of Baku

Azərbaycan donanması ilə daşınan yüklərin həcmi bu il 8% artacaq

Azərbaycan donanması ilə daşınan yüklərin həcmi bu il 8% artacaq
# 02 aprel 2009 10:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycan donanması tərəfindən 2008-ci ildəkinə nisbətən 1 mln. ton və ya təqribən 8% çox yükün daşınması proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov bildirib.
Dəniz daşımaçılığında əsas yeri neft və neft məhsullarının tutduğunu deyən Q.Qurbanov dünyada neftin qiymətinin düşməsinə baxmayaraq, hazırda yükdaşımanın həcmində hər hansı azalmanın olmadığını vurğulayıb.
Xatırladaq ki, 2008-ci il ərzində Azərbaycanın dəniz nəqliyyatı vasitəsilə 11,9 mln. ton yük daşınıb. Həmin yüklərin 71%-ni neft məhsulları, 29%-ni isə quru yüklər təşkil edib. Əvvəlki ilə nisbətən hesabat ilində daşınan yüklərin həcmi 17% artıb.
ARDDA rəisi bu ilin sonunadək Xəzər Dəniz Gəmiçiliyinin donanmasına əlavə 4 tankerin daxil ediləcəyini bildirib.
Qeyd edək ki, hazırda Xəzər dənizində və digər su hövzələrində Azərbaycan bayrağı altında 552 gəmi üzür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR