Bank Of Baku

Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün inşasına bu il başlanacaq

Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün inşasına bu il başlanacaq
# 02 aprel 2009 10:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycan-Rusiya dövlət sərhədində, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisinə başlanılacaq. «APA-Economics»in bildirdiyinə görə, belə bir açıqlama ilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov çıxış edib.

Z.Məmmədovun sözlərinə görə, körpünün tikintisinə dair Azərbaycan və Rusiya hökumətləri arasında razılıq əldə olunub. «Rusiyanın Nəqliyyat Nazirliyi ölkələr arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından körpünün tikintisini dəstəkləyəcək», deyə nazir bildirib.

Qeyd edək ki, Samur çayı üzərində uzunluğu 500 metr olan dəmir karkaslı avtomobil körpüsündə indiyədək bir neçə dəfə qəza vəziyyəti yaranıb. Ərazidə yeni körpünün tikintisinə dair məsələ Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında müzakirə olunub. Yeni körpünün əvvəlkinin yaxınlığında inşası planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR