Bank Of Baku

Azərbaycan paytaxtının təkrar mənzil bazarında fəallıq son iki ildə ən minimal həddə düşüb

Azərbaycan paytaxtının təkrar mənzil bazarında fəallıq son iki ildə ən minimal həddə düşüb
# 02 aprel 2009 13:56 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bakı şəhərinin təkrar mənzil bazarında təklifin genişlənməsi şəraitində bütün rayonlar üzrə qiymətlərin azalması müşahidə olunur. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» (ƏBİ) İctimai Birliyindən məlumat verilib.

ƏBİ-nin fevral ayında apardığı monitorinqin yekunlarına əsasən, təkrar mənzil bazarında bağlanılan əqdlərin dinamikasında 3,9%-ik geriləmə qeydə alınıb. Ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı əvvəlki aya nisbətən xeyli azalıb. Təklifin artmasına əsasən bazara yeni tikililərin daxil olması səbəb olub. Belə ki, yeni tikililərin təkrar bazardakı payı ötən ayla müqayisədə 4,4% artıb. Eyni zamanda, köhnə tikililər üzrə, demək olar ki, bütün layihəli binalar üzrə təklifin azalması qeydə alınıb. Nəticədə, təkrar bazarda yeni tikililərin ümumi təklif portfelindəki payı 60% təşkil edib.

Rieltorların hesablamalarına görə, paytaxt üzrə satışa çıxarılan əmlak obyektlərinin sayı 3% artıb və təklif olunan mənzillərin sayı 4 856-ya çatıb. Nəticədə, bazarda mənzillərin 1 kv. metrinin orta qiymətindən (1321 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya - 61,3%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,47, hər otağın orta satış qiyməti 52 321 ABŞ dolları, mənzilin orta qiyməti isə 125 234 ABŞ dolları təşkil edib.

ƏBİ ekspertlərinin fikrincə, qiymətlərin düşməsi bazarda davam edən passiv vəziyyət, dünyadakı maliyyə böhranının Azərbaycanın daşınmaz əmlak bazarına təsiri ilə əlaqələndirmək olar. İctimai birlik tərəfindən aparılan araşdırmalar göstərir ki, 2009-cu ilin ilk iki ayı ərzində mənzil bazarının təkrar seqmentində qeydə alınan fəallıq son iki ildə ən minimal həddə çatıb. Əmlakın bu növü üzrə likvid dəyər azalıb və bu səbəbdən təkrar bazar üzrə ekspozisiya müddəti daha 4 gün artaraq 111 günə çatıb. Ekspozisiya müddətinin artması əmlakın gəlirlik əmsalında da müşahidə olunub (-2,9%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR