Bank Of Baku

Bakı-Tiflis-Qars layihəsinin ikinci mərhələsinin başlanması ilə əlaqədar tenderlər elan ediləcək

Bakı-Tiflis-Qars layihəsinin ikinci mərhələsinin başlanması ilə əlaqədar tenderlər elan ediləcək
# 02 aprel 2009 14:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin ikinci mərhələsinin başlanması ilə əlaqədar tenderlər elan ediləcək. APA-nın Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın baş naziri Nikoloz Gilauri bu ölkədə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə deyib. Görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstanda böyük layihələr həyata keçirdiyi və bu layihələrin ölkənin qazpaylayıcı sektorunu da əhatə etdiyi bildirilib. Tərəflər Gürcüstanda iri qaz anbarının tikintisi və gələcəkdə bu anbardan Avropaya qaz nəqlində istifadə olunması imkanları ətrafında fikir mübadiləsi aparıblar. N. Gilauri bəyan edib ki, hazırda Gürcüstan Avropa Birliyinin təşəbbüsü ilə “Bəyaz axın” qaz tranziti layihəsinin texniki əsaslandırması üzərində iş aparır. Bu layihə Xəzər regionundan qazın Azərbaycan və Gürcüstan ərazisi ilə Rumıniyaya və sonradan digər Avropa ölkələrinə nəqlinə yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR