Bank Of Baku

ABŞ-ın avtomobil bazarında nisbi canlanma yaranıb

ABŞ-ın avtomobil bazarında nisbi canlanma yaranıb
# 03 aprel 2009 07:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında da ötən aylarda olduğu kimi ABŞ-ın avtomobil bazarında azalma müşahidə olunub. «APA-Economics»in məlumatına görə, ötən ay ərzində bu sahədə azalmanın müşahidə olmasına baxmayaraq, mütəxəssislərdə bir qədər optimizm oyanıb. Belə ki, mart ayında cari ilin digər ayları ilə müqayisədə avtomobillərin satış həcmi 25% artıb. Bu göstərici mövsümün orta göstəricisini 5% üstələyib.
Bundan başqa, martda ABŞ-da 857,7 min yeni avtomobil alınıb ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 37% azdır. Eyni zamanda, ABŞ-dakı «Toyota Motor Corp.» şirkətinin satışı martda 39%, «General Motors»un satışı 45%, «Ford»un satışı 41%, «Chrysler»in satışı isə 39% azalıb. Bütün bunlara baxmayaraq, martdakı nəticələr proqnozlardan bir qədər üstün olub ki, bu da avtomobil mütəxəssislərində optimizm oyadıb. Mart ayında bir qədər yüksək nəticələrin əsas səbəbi avtomobil şirkətlərinin bir-birindən sərfəli güzəşt kampaniyaları keçirməsi və avtomobillərin satışında endirim edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR