Bank Of Baku

Azərbaycanda mobil operatorların İnternet tarifləri çox yüksəkdir

Azərbaycanda mobil operatorların İnternet tarifləri çox yüksəkdir
# 03 aprel 2009 07:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda mobil rabitə operatorlarının mövcud İnternet tarifləri İSP-lərin (İnternet provayderləri) tariflərindən bir neçə dəfə yüksəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, hazırda mobil şəbəkə vasitəsi ilə 10 Kbit/s sürəti ilə İnternetə qoşulma tarifləri «Azercell» şirkəti tərəfindən tarif paketindən asılı olaraq 1 qəpik və ya 2-3 kontur təşkil edir. «Bakcell» və «Nar Mobile» şirkətləri üzrə isə 10 Kbit/s sürətlə İnternetə qoşulmanın qiyməti 1 qəpiyə bərabərdir. Halbuki, ADSL xidmətləri üzrə ay ərzində 1,5 Mbit/s sürətlə qoşulma imkanı əvvəlcədən ödənilmiş 7 GB trafikin qiyməti 30 manat təşkil edir. Bu trafik xaricində əlavə hər 1 Mbit/s-dən istifadə tarifi isə cəmi 1 qəpikdir.
Müqayisə üçün qeyd edək ki, Rusiyada 1 Mbit/s sürətlə mobil İnternetdən istifadə tarifləri rublun manat ekvivalenti ilə 9-21 qəpik təşkil edir.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, tariflər yüksək olsa belə, nazirlik özəl şirkətlərə bununla bağlı təsir göstərə bilməz və yalnız tövsiyə verə bilər, istehlakçılar isə narazı olduqları halda müvafiq strukturlara şikayət edə bilərlər.
Xatırladaq ki, İnternet provayderlər nazirliyin tövsiyələrini nəzərə alaraq, genişzolaqlı İnternet xidmətlərinin tariflərini fevral-mart aylarında artıq 3 dəfə endiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR