Bank Of Baku

Azərbaycan poçt xidmətləri ilə bağlı beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan poçt xidmətləri ilə bağlı beynəlxalq tədbirlərdə iştirak edəcək
# 24 may 2010 16:02 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan mayın 25-27-də Moskvada keçiriləcək poçt xidmətlərinin keyfiyyətinin artırılmasına həsr olunmuş beynəlxalq tədbirlərdə iştirak edəcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, tədbirlər Avropa Dövlət Poçt Rabitəsi Operatorları Assosiasiyası (“PostEurope”) və Ümumdünya Poçt İttifaqının (ÜPİ) İnkişaf edən ölkələrdə xidmət keyfiyyətinin artırılması Fondu (XKAF) “Rusiya Poçtu” Federal dövlət unitar müəssisəsi ilə birgə keçirəcək.

Azərbaycan RİTN-in “Azərpoçt” MMC-nin mütəxəssislərinin də qatılacağı tədbirlər çərçivəsində poçt göndərişlərinin izlənilməsi sistemləri üzrə seminar, eləcə də “PostEurop” Assosiasiyasının keyfiyyət və istismar məsələləri üzrə işçi qruplarının iclasları təşkil olunacaq.

Tədbirlərin məqsədi keyfiyyət sistemləri, Qlobal monitorinq şəbəkəsinin təşkili, ÜPİ və Beynəlxalq Gömrük Təşkilatı, ÜPİ və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası arasında əməkdaşlığın inkişafı, eləcə də digər məsələlər üzrə məlumat mübadiləsinin aparılmasından ibarətdir.

Həmçinin tədbirlər çərçivəsində XKAF-ın seminarı da keçiriləcək. Seminarın əsas məqsədi fondun vəsaitləri hesabına layihələrin maliyyələşdirilməsi üzrə sifarişlərin hazırlanmasına köməklik göstərmək, layihə seçimi prosedurası, hesablamalar sistemi, eləcə də XKAF-ın yeni qaydaları və gələcək fəaliyyət istiqamətləri ilə tanışlıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR