Bank Of Baku

Əli Ağan: “Azercell” şirkətinə 3G xidmətləri üçün ayrılan tezlik “B&B TV” tərəfindən istifadə olunmur”

Əli Ağan: “Azercell” şirkətinə 3G xidmətləri üçün ayrılan tezlik “B&B TV” tərəfindən istifadə olunmur”
# 04 noyabr 2011 12:49 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə “Azercell Telekom” şirkətinin prezidenti Ali Ağan bildirib.

Onun sözlərinə görə, “Azercell”in müraciət etdiyi dünyanın tanınmış şirkətlərindən biri həmin tezliklərdə scanning-test aparıb: “Müəyyən edilib ki, bu tezliklər “B&B TV” tərəfindən, ümumiyyətlə, istifadə olunmur. Bu tezliklər GSM mobil rabitə operatorlarının 3G xidmətləri göstərməsi üçün nəzərdə tutulub. “B&B TV” isə bu xidmətləri göstərmir”.

A.Ağan qeyd edib ki, “B&B TV” tezlikləri boşaltmaq üçün əvvəlcə “Azercell”dən külli miqdarda vəsait tələb edib. Lakin “Azercell” bu vəsaiti ödəməyə hazır olduğunu bildirdikdən sonra fikrindən vaz keçib.

Qeyd edək ki, cari ilin avqustun 27-də Dövlət Radiotezliklər Komissiyası tərəfindən “B&B TV” şirkətinə tezliklərin boşaldılması barədə xəbərdarlıq edilib. Şirkət 2 ay ərzində tezlikləri boşaltmalı idi. Mütəxəssislərin fikrincə, istifadə olunan tezliyin boşaldılması üçün 3-5 gün kifayətdir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi noyabrın 2-də keçirilən kollegiya iclasında “Azercell” və “Bakcell” operatorlarına 3G mobil rabitə xidməti göstərməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilib
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR