Bank Of Baku

Tərtər və Cəlilabadda yeni poçt şöbələri istifadəyə veriləcək

Tərtər və Cəlilabadda yeni poçt şöbələri istifadəyə veriləcək
# 04 noyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Noyabrın 6-da Qurban bayramı münasibətilə Tərtər və Cəlilabadda yeni tikilmiş poçt şöbələri istifadəyə veriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirliyin «Azərpoçt» MMC regionlarda yeni tikilmiş poçt obyektlərini əhalinin istifadəsinə verəcək. Poçt şöbələrinin yeni binaları Tərtər rayonunun Evoğlu və Cəlilabadın Astanlı kəndlərində açılacaq.

Müasir üslubda tikilən yeni binalar lazımı avadanlıqlarla təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR