Bank Of Baku

Güclü qar Quba rayonunda yollarda avtomobillərin hərəkətini çətinləşdirib

Güclü qar Quba rayonunda yollarda avtomobillərin hərəkətini çətinləşdirib
# 07 noyabr 2011 10:28 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Qeyri-sabit hava şəraiti Azərbaycanın şimal rayonlarında ciddi problemlər yaradıb. APA-nın məlumatına görə, ötən gün axşam saatlarından yağan güclü qar Qubanın ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkətini çətinləşdirib. Quba-Xınalıq yolunda minik avtomobillərinin hərəkəti müvəqqəti dayandırılıb.

Qeyd edək ki, 6 saylı Quba Yol İstismarı İdarəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, yaranmış problemin aradan qaldırılması üçün əraziyə texnika və canlı işçi qüvvəsi göndərilib. Bununla yanaşı, Quba şəhərinin mərkəzi yollarında da ciddi problemlər yaşanır. Küçə və yollar qardan vaxtında təmizlənmir. Mövcud vəziyyət Qubada yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bu gün saat 12:00 radələrində Qubanın Heydər Əliyev prospektində «Qazel» və «Hyundai» markalı avtomobillər toqquşub. Nəticədə, hər iki avtomobilə ciddi zərər dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR