Bank Of Baku

Gələn ildən Astanadan Bakıya yeni aviareys açılacaq

Gələn ildən Astanadan Bakıya yeni aviareys açılacaq
# 08 noyabr 2011 10:27 (UTC +04:00)
Uçuşlar “Embraer-190” növlü sərnişin təyyarələri ilə həyata keçiriləcək

Astana. Ramiz Məşədihəsənli-APA. Qazaxıstan paytaxtından müxtəlif şəhərlərə sərnişin daşıyacaq üç yeni aviareys açılması planlaşdırılır. “Air Astana” şirkətindən APA-ya verilən məlumata görə, yeni reyslərin 2012-ci ildən fəaliyyətə başlayacağı gözlənilir. “Embraer-190” növlü sərnişin təyyarələri gələn ilin əvvəllərindən Astana-Ulan Bator-Astana, Astana-Daşkənd-Astana və Astana-Bakı-Astana uçuşlarını həyata keçirəcək. “Air Astana” şirkəti ilk dəfə olaraq bu ilin birinci yarısında 2 ədəd “Embraer-190” növlü sərnişin təyyarəsi alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR