Bank Of Baku

Tiflisdə “Cənubi Qafqazda nəqliyyatın inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir

Tiflisdə “Cənubi Qafqazda nəqliyyatın inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir
# 10 noyabr 2011 09:28 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında “Cənubi Qafqazda nəqliyyatın inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Dünya Bankının təşəbbüsü ilə keçirilən konfransa Cənubi Qafqaz ölkələrinin nəqliyyat nazirləri, Dünya Bankının və digər strukturların nümayəndələri qatılıblar.

İki gün davam edəcək tədbiri giriş sözü ilə Dünya Bankının regional direktoru Asad Alam açaraq tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Dünya Bankının infrastruktur layihələrində Cənubi Qafqaz ölkələrinin fəal iştirak etməsi çox vacibdir. Bizim müştərilər cəhd edirlər ki, bizim maliyyə köməyimizdən istifadə etsinlər: “Dünya Bankının qrupu Cənubi Qafqazın üç ölkəsində işləyəcək və yeni yolların inkişafına çalışacaq, yeni iş yerləri açılacaq. Bizim üçün ən mühüm olan təhlükəsizlik məsələsidir. Biz nəqliyyatın perspektivləri üçün 2,1 mlrd. dollarvəsait ayırmağı nəzərdə tutmuşuq. Cənubi Qafqaz regionu yeni çəkiləcək yollar vasitəsilə Mərkəzi Asiyaya qovuşacaq”.

Tədbirdə Gürcüstanın baş naziri Nika Gilauri, regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili, Ermənistanın nəqliyyat və infrastruktur naziri Manuk Vardanyan çıxış ediblər. Günortadan sonra Ermənistan Nəqliyyat Nazirliyinin və xarici donor təşkilatları nümayəndələrinin görüşü gözlənilir.

Sabah konfransın işinə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti də qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR