Bank Of Baku

Azərbaycanda dəmiryol biletlərinin internetlə satışına noyabrın 15-dən sonra başlanacaq

Azərbaycanda dəmiryol biletlərinin internetlə satışına noyabrın 15-dən sonra başlanacaq
# 10 noyabr 2011 12:33 (UTC +04:00)
«Azərbaycan Dəmir Yolları» ASC-nin mətbuat xidmətinin rəhbəri Nədir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda ödəniş sisteminin təhlükəsizlik məsələləri həll olunur. Noyabrın 15-dək bu işlərin başa çatacağı, bundan sonra isə biletlərin internetlə satışının başlanması nəzərdə tutulur. Sistemin operatoru «Golden Pay» şirkətidir.

Qeyd edək ki, 3 dildə olması nəzərdə tutulan bu sistemə «Azərbaycan Dəmir Yolları» ASC-nin rəsmi internet saytı vasitəsilə daxil olmaq mümkün olacaq. Sistem vasitəsilə plastik kartla ödəniş etməklə biletləri olmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR