Bank Of Baku

Bu il ərzində «Aztelekom» tərəfindən 345 km optik kabel xətti çəkilib

Bu il ərzində «Aztelekom» tərəfindən 345 km optik kabel xətti çəkilib
# 10 noyabr 2011 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi tərəfindən 345 km optik kabel xətti çəkilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bütün yaşayış məntəqələrinin optik kabellərlə təmin edilməsi məqsədilə həyata keçirilən işlər nəticəsində Ağsu, Bərdə, Quba, Qusar, Şabran, Zaqatala, Zərdab, Kürdəmir, Lerik, Salyan, Tovuz, Tərtər, Xaçmaz, Göyçay, Gədəbəy və Ağdam rayonlarında 23 kənd elektron ATS-in mərkəzi ATS-lərlə rəqəmsal bağlantısının təşkili məqsədilə fiber optik kabellər çəkilib.

Qeyd edək ki, «Aztelekom» tərəfindən Şəmkir-Gədəbəy və Masallı-Yardımlı fiber optik kabel magistrallarının tikintisi də davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR