İsrailin milli infrastruktur naziri: “Azərbaycanla işgüzar münasibətlər qurmağı özümüzə imtiyaz bilirik” - MÜSAHİBƏ
- Cənab Landau, Siz Bakıya Azərbaycan-İsrail münasibətləri üçün bir qədər həssas məqamda gəlmisiniz. Bakıda rəsmi dairələrdə bir sıra görüşlər keçirdiniz. Bu görüşlərdən yaranan təəssüratlarınız neçədir?
- Mənim əsas təəssüratım ondan ibarətdir ki, Azərbaycan-İsrail münasibətləri heç zaman olmadığı qədər möhkəm və etibarlıdır. Bakıdakı təmaslarımız çox yaxşı keçdi və əlaqələrimizin bütün sahələrdə inkişafı perspektivlərini görürəm. Rəhbərlik etdiyim nazirlik əsasən enerji və təbii ehtiyatlar məsələsi ilə məşğul olur. Bura neft, təbii qaz və su ehtiyatları daxildir. Mənim səfərimin məqsədlərindən biri enerji sahəsində ixtisaslaşmış daha çox Azərbaycan şirkətlərini və mütəxəssislərini İsrailə cəlb etməkdir. Bilirik ki, sizin neft-qaz yataqlarının kəşfi və hasilatı sahəsində təcrübə və dərin biliyiniz var. Mən Azərbaycan prezidenti, sənaye və energetika naziri, eləcə də digər rəsmilərlə görüşlər keçirdim və təmaslardan məmnunam. Biz yalnız iqtisadi və ticari deyil, habelə təhlükəsizlik məsələlərini də müzakirə etdik. Bizim müasir münasibətlərimiz xalqlarımız və mədəniyyətlərimiz arasında tarixən mövcud olan əlaqələrimizə söykənir. Bu baxımdan münasibətlərimizin gələcək inkişafına nikbin baxıram.
- Hazırda Azərbaycanda hasil edilən neftin bir hissəsi İsrailə ixrac edilir. Bu sahədə ikitərəfli əlaqələrin inkişafı perspektivini neçə görürsünüz?
- İsrail idxal etdiyi neftin böyük hissəsini məhz Azərbaycandan alır və biz satın alınan Azərbaycan neftinin həcminə görə İtaliyadan sonra dünyada ikinci dövlətik. İnanıram ki, biz birinci də ola bilərik. İkitərəfli iqtisadi-ticarət əlaqələrimizin daha da irəliləməsi baxımından münasibətlərimizin böyük potensialı var. Biz Azərbaycanla işgüzar münasibətlər qurmağı özümüzə imtiyaz bilirik.
- İsrail kimi Azərbaycan da mürəkkəb bir regionda yerləşir və Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalmaqdadır. İsrail dövləti bu münaqişənin çözüm düsturunu görürmü?
- Öncə qeyd edim ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Zənnimcə, bu münaqişə birbaşa təmaslar yolu ilə və danışıqlar masası arxasında çözülməlidir. Adətən beynəlxalq səviyyəli münaqişələrə xarici qüvvələrin müdaxiləsi fayda vermir. Elə biz də Yaxın Şərq münaqişəsinə münasibətdə xarici müdaxiləni faydasız hesab etdiyimizdən, birbaşa təmaslara üstünlük veririk. Düşünürəm ki, burada birbaşa təmaslar və sülhə əsaslanan danışıqlar faydalı ola bilər. İsrail münaqişənin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür.
- Hazırda İranın nüvə proqramı beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik açıqladığı hesabatında İranın nüvə silahı sınaqları keçirdiyini istisna etməyib. İsraildə isə bu problemin hərbi yolla həllinə dair çağırışlar artıb. İsrail hökumətinin üzvü kimi Siz bu barədə nə düşünürsünüz?
- Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada açıqlanmış son hesabatı bizim üçün yenilik olmadı. Məsələ ondadır ki, İran rejiminin öz qarşısında qoyduğu məqsəd nüvə silahına yiyələnməkdir və bu ölkə nüvə proqramı vasitəsilə öz siyasi ambisiyalarını inkişaf etdirmək niyyətindədir. İran nüvə silahı istehsal etmək üçün dinc nüvə proqramını sanki çətir kimi istifadə edir. Əslində bu, dünyaya müharibə elan etmək deməkdir. Bizim mövqeyimiz açıq və aydındır. İsrail, ABŞ və Avropa İttifaqı hesab edir ki, İran özünün nüvə fəaliyyətini dərhal dayandırmalıdır. Dünya birliyinin bu fəaliyyətinə son qoymaq çağırışlarına İran məhəl qoymur. Belə bir şəraitdə İran region dövlətlərinə qarşı açıq təhdidlər səsləndirir. Ona görə biz hesab edirik ki, İranın nüvə fəaliyyəti əngəllənməlidir. Düşünürəm ki, İran rejiminin mahiyyətini Azərbaycan xalqına geniş izah etməyə ehtiyac yoxdur.
- İsrail və Türkiyə arasında gərginlik baş qaldıranda bəzi media qurumları Türkiyə vasitəsilə İsrailə nəql olunan Azərbaycan neftinin ixracında müəyyən problemlərin yarana biləcəyini xəbər verirdilər. Hazırda bu istiqamətdə İsrail hər hansı problemlə üzləşirmi?
- Biz Azərbaycanda hasil edilən nefti özəl şirkətlərdən satın alırıq. Neftin hasilatı və nəqli ilə böyük beynəlxalq konsorsium məşğul olur. Deməliyəm ki, biz Azərbaycan tərəfinin ikitərəfli iqtisadi münasibətlərimizin zərər görəcəyi haqda söz-söhbətlərə reaksiyasından məmnunuq. İcazə verin xatırladım ki, biz qeyri-sabit Yaxın Şərq regionunda yerləşən kiçik bir dövlətik. Amma biz sabit və şərəfimizi qoruyan dövlətik. Digər dövlətlərin bizim işlərimizə müdaxilə etməsinə yol verməmək üçün əlimizdən gələni edirik. Azərbaycan tərəfi bildirib ki, bizim iqtisadi-ticarət əlaqələrimiz sarsılmazdır və açığı, biz bundan ruhlanmışıq. Biz hər hansı xarici amilin münasibətlərimizə təsir göstərməsini yolverilməz hesab edirik. Etiraf etməliyəm ki, bəzən beynəlxalq səhnədə hətta Azərbaycanla İsrail arasında mövqelər üst-üstə düşməyə də bilir və İsraili qane etməyən məqamlar da meydana çıxır. Məsələn, BMT-də keçirilən səsvermələr zamanı. Lakin biz bu günə kimi xeyli inkişaf etdirdiyimiz münasibətlərimizi, o cümlədən enerji sahəsində əlaqələrimizi qorumağa və daha da irəliyə aparmağa çalışırıq. Bu baxımdan inanmıram ki, digər dövlətlər və xarici amillər bizim münasibətlərimizin zəiflədə bilsin.
- Azərbaycan İsraillə yaxın tərəfdaşdır. Eyni zamanda Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərinə malikdir. Neçə düşünürsünüz, İsraillə Türkiyə arasında barışıq mümkündürmü?
- Bu sual bizə ünvanlanmamalıdır. Biz öz tərəfimizdən münasibətlərimizi qorumaq üçün xeyli səy göstərmişik. Məlum olduğu kimi, İsrail Aralıq dənizindəki insidentin araşdırılması üzrə BMT komissiyasının rəyini qəbul edib. Türkiyə isə əksinə hərəkət edib və Ərdoğan hökuməti bu sənədi rədd edib. Komissiya İsrailin addımını beynəlxalq hüquqa uyğun hərəkət kimi tanıyıb. Biz münasibətlərimizi qorumağa çalışmışıq. Bir qədər öncə Türkiyədəki zəlzələ zamanı öz yardımımızı əsirgəmədik. İndi biz qarşı tərəfin özünü məsuliyyət hissi ilə aparacağını gözləyirik.
İnfrastruktur
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Xəbər Lenti
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
KİV: Britaniya Tehrandakı səfirliyini bağlayıb, Fransa İrandakı diplomatlarını geri çağırıb
Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar - FOTO
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib
Rubio: ABŞ üçün əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır
ABŞ dövlət katibi: Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar
İlhamə Novruzova Naxçıvan TV-nın sədr müavini vəzifəsindən azad edilib
Dövlət Neft Fondunun AÇG üzrə gəlirləri 4,4 mlrd. manata yaxın olub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ARDNF qızıl satışını dayandırıb
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı ilə əldə olunmuş nüvə sazişinin əhəmiyyətindən danışıb
ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb