Bank Of Baku

Komitə sədri: “Azərbaycan 3-4 ilə, bəlkə də daha tez Avropa standartlarına tam keçə biləcək”

Komitə sədri: “Azərbaycan 3-4 ilə, bəlkə də daha tez Avropa standartlarına tam keçə biləcək”
# 11 noyabr 2011 09:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) son bir il ərzində 100-dən çox Avropa standartını Azərbaycanda qəbul edib. “APA-Economics”in xəbərinə görə, SMPDK sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, Avropa standartları Azərbaycanda mərhələli şəkildə qəbul olunur: “Bunları birdən-birə qəbul etmək olmaz. Çünki iqtisadiyyatın müəyyən incəlikləri var. Sənayemizi tədricən hazırlamalı, sonra standartları qəbul etməliyik. Üç-dörd ilə, bəlkə də daha tez Avropa standartlarına tam keçə biləcəyik”.

Komitə sədri qeyd edib ki, SMPDK standartları qəbul edərkən əsasən insan sağlamlığı ilə bağlı məhsullara, yeyinti məhsullarına ciddi yanaşır: “Eyni zamanda ölkədən ixrac olunan malların da standartlara uyğun olmasına nəzarət edirik”.

R.Həsənov bildirib ki, SMPDK Macarıstanın Lisenziyalaşdırma İdarəsi ilə saziş imzalayacaq: “Azərbaycandan ixrac olunan malların standartlarının orda da qəbul olunması və məhsulların yerli bazara daxil ola bilməsi üçün bu vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR