Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda gələn il həyata keçiriləcək layihələr açıqlanıb

Azərbaycanın nəqliyyat sektorunda gələn il həyata keçiriləcək layihələr açıqlanıb
# 11 noyabr 2011 10:57 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, gələn il nəqliyyat sahəsində bir sıra yeni layihələr həyata keçiriləcək, mövcud layihələr davam etdiriləcək: «Bunların içində avtomobil yollarının bərpası, həm paytaxtda, həm də regionlarda yeni avtomobil yollarının çəkilməsi var».

Nazir müavini iri layihələr sırasında Bakı-Şamaxı və Bakı-Gürcüstan avtomobil yolunun genişləndirilməsinin davam etdiriləcəyini, Hacıqabuldan sərhədə kimi yolun 4 zolaqlı ediləcəyini və yolun genişləndirilməsinin davam etdiriləcəyini, Bakıdan İran istiqamətində avtomobil yolunun və paytaxtda yol bağlantılarının tikintisinin davam etdiriləcəyini, Ziya Bünyadov prospektinin genişləndiriləcəyini və Bakı Dairəvi Yoluna birləşdiriləcəyini, Mərdəkan-Qala yolunun tikintisinin davam etdiriləcəyini, Bilgəh-Pirşağı və Bakı-Rusiya yollarının birləşdiriləcəyini qeyd edib.

M.Pənahov dəmir yollarının da yenidən qurulacağını, rabitə-siqnalizasiya sistemi modernləşdiriləcəyini, yeni hərəkət heyətlərinin və lokomotivlərin alınacağını söyləyib. Onun sözlərinə görə, Nəqliyyatın İntellektual İdarəetmə Sistemi layihəsi (dəyəri - 76 mln. manat) bu ilin sonuna qədər yekunlaşacaq, Bakı limanının tikintisi isə davam etdirilir: «Limanın dəniz hissəsini Hollandiya, quru hissəsini Azərbaycan şirkəti tikəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR